Avropa nəhəngləri türk ulduz üçün nə təklif ediblər? - MƏBLƏĞLƏR

İstanbulun "Fənərbağça" klubunun 18 yaşlı gənc ulduzu Arda Gülərə Avropa nəhənglərindən edilən təkliflər açıqlanıb.

Metbuat.az bildirir ki, bu barədə "Fanatik" yazır. Məlumata görə, İspaniyanın "Real Madrid" komandası futbolçu üçün 17,5 milyon avro və "Fənərbağça"da 1 illik icarə oynamaq haqqı təklif edib.

"Barselona" isə türk ulduz üçün 17,5 milyon avro və əsas heyətdə oynama qarantisi verir.

İtaliyanın "Milan" komandası isə Arda üçün bonuslarla birgə 22 milyon avro və sonrakı satışdan pay təklif edir.

Qeyd edək ki, Arda Gülərin "Fənərbağça" ilə 2025-ci ilin yayınadək müqaviləsi var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR