"Meta" yeni xidmətini istifadəyə verdi

“Facebook”un sahibi “Meta” “virtual reallıq” abunə xidmətini istifadəyə verib.

Metbuat.az xəbər verir ki, bu barədə şirkətdən açıqlama verilib. Bildirilib ki, ödəniş edən istifadəçilər ayda iki yeni oyuna çıxış əldə edəcəklər. Məlumata görə, “Meta” bu sahədə texnologiya nəhəngi “Apple” da daxil olmaqla, digər şirkətlərlə rəqabət aparır. “Meta” illik abunə haqqı 59,99 dollar dəyərində olan “Meta Quest+” xidmətinin “Quest 2”, “Quest Pro” qulaqlıqlarına uyğun olduğunu bildirib.

Həmçinin bundan əvvəl “Meta” bir neçə iddialı süni intellekt layihəsini təqdim edib. Şirkət bu ilin ilk üç ayında bazar gözləntilərini üstələyərək 5,7 milyard dollar mənfəət əldə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı