"Microsoft" şirkəti bəzi cihazlarda "Windows 11"in qurulmasının icazə verilmədiyini, eyni zamanda bu istifadəçilərin dərhal "Windows 10"a qayıtmalarını tövsiyə edib.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkətin yenilənməni dəstəkləməyən cihazarla bağlı səhifəsində məqalənin başlığı da dəyişdirilib. “Minimum sistem tələblərinə cavab verməyən cihazlara Windows 11 quraşdırmaq” ifadəsi “minimum sistem tələblərinə cavab verməyən cihazlarda Windows 11” olaraq dəyişdirilib. Bu da "Microsoft"un minimum sistem tələblərini azaltmaq fikrində olmadığını bir daha təsdiqləyir.
Məlumata görə, "Microsoft" tənqidlərə və gözləntilərə baxmayaraq, "Windows 11"in tələblərində hər hansı güzəştə getməyəcək. "Windows 11"dən istifadə etmək istəyənlərin yeni kompüter almaqdan başqa çarəsi qalmır.