Çoxlu dövlət sirrini satdım - Bayden

Tez-tez qəribə açıqlamaları gündəmə gələn ABŞ Prezidenti Co Bayden bu dəfə zarafatı ilə diqqət çəkib.

Metbuat.az xəbər verir ki, Bayden Hindistanın baş naziri Narendra Modi və ABŞ-ın texnologiya şirkətlərinin baş direktorları ilə görüşüb. Bayden iclasdakı çıxışına zarafatla başlayıb: “Sadəcə təşəkkür edirəm. Hər halda. Sənsiz başladım. Mən çoxlu dövlət sirrini və paylaşdığımız vacib məlumatları satdım”.

Baydenin bu cümləsindən sonra Hindistanın baş naziri Modi və toplantıda iştirak edən iş adamları, yüksək səviyyəli siyasətçilər gülməyə başlayıblar. Bayden daha sonra isə “Sadəcə zarafat etdim. Biz dünyadakı insanlarımızın həyatını dəyişdirmək üçün yeni texnologiyaları inkişaf etdirmək və dizayn etmək üçün buradayıq” deyə bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı