Zelenski Şoyqunun ardınca cəbhəyə getdi

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə müharibənin qızğın olduğu Donetsk cəbhəsinə səfər edib.

Metbuat.az xəbər verir ki, o, Donetsk vilayətindəki cəbhələrdə döyüşən ukraynalı əsgərlərə baş çəkib. Zelenski əsgərlərə medal və mükafatlar təqdim edib. O bildirib ki, ordu bütün cəbhələrdə irəliləyir.

Əsgərlər qarşısında çıxış edən Zelenski "Bu gün burada olmaqdan şərəf duyuram və ilk növbədə dövlətimizi, suverenliyimizi, ailələrimizi, uşaqlarımızı və Ukraynanı qoruduğunuz üçün sizə təşəkkür etmək istəyirəm" deyə bildirib.

Zelenski daha sonra Berdyansk istiqamətində cəbhəyə yollanıb və orada əsgərlərlə görüşüb.

Ukrayna lideri səfərindən sonra xalqa müraciətində deyib: “Döyüşçülərimiz bütün istiqamətlərdə irəliləyiş əldə ediblər. Döyüşçülərimizi mükafatlandırmaq, onlara şəxsən təşəkkür etmək, əllərini sıxmaq mənim üçün şərəf idi. Bütün dəstək sözlərinizə görə təşəkkür edirəm”

Rusiya müdafiə naziri Sergey Şoyqunun rus əsgərlərinin yerləşdiyi mərkəzlərə səfərindən dərhal sonra Ukrayna Prezidenti Vladimir Zelenskinin cəbhəyə getməsi diqqət çəkib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR