Vaqnerə döyüşmək üçün bu qədər pul verilibmiş - Rusiya lideri AÇIQLADI

“Vaqneritlərə verilən vəd yerinə yetiriləcəkdir. Bundan əvvəl də dövlət "Vaqner” özəl hərbi şirkətinin saxlanılması ilə bağlı xərcləri tam şəkildə təmin edirdi”.

Metbuat.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Kremldə hərbçi qulluqçularla görüşündə deyib.

Putinin açıqlamasına görə, 2022-ci ilin mayından 2023-cü ilin mayına qədər "Vaqner”in maliyyələşdirilməsinə 86,3 milyard rubl xərclənib.

Putin bildirib ki, “vaqnerit”lər istəsələr Müdafiə Nazirliyi və ya digər hüquq-mühafizə orqanları ilə müqavilə imzalayıb Rusiyada xidmətini davam etdirə, ya da ailələrin yanına qayıda bilərlər.

“Kim istəyirsə Belarusa gedə bilər. Verdiyim söz yerinə yetiriləcəkdir. “Vaqner” qrupunun döyüşçülərinə və komandirlərinə təşəkkür edirəm ki, onlar yeganə düzgün qərar verib qardaş qanı tökmədilər”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı