Azərbaycanın “meqaladon”u Emili Rzayeva bürünc medal qazandı - FOTOLAR

Dəfələrlə beynəlxalq yarışlarda ölkəmizi təmsil edərək qələbələr qazanmış idmançı Emili Rzayeva yenidən qalib olub.

Metbuat.az xəbər verir ki, iyunun 21-də Polşanın Krakov şəhərində 3-cü Avropa oyunlarına start verilib. Tayland boksu üzrə Azərbaycanı milli komandanın üzvü Emili Rzayeva təmsil edib. Özündən 25 yaş böyük idmançılarla döyüşən 16 yaşlı E.Rzayeva ölkəmizə bürünc medal qazandırıb.

Məlumat ücün bildirək ki, Emili gənc yaşlarına baxmayaraq, bir neçə döyüş idman növündən dünya və Avropa çempionu, 4 döyüş idman növündən İdman ustasıdır. Gənc idmançımız medalını şəxsi məşqçisi olan atası DİN Bakı Şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin fiziki hazırlıq şöbəsinin baş inspektoru, polis polkovnik-leytenantı Emil Rzayevə və "2 iyul- Polis Günü" münasibətilə Azərbaycan polislərinə həsr edib.

Biz də Metbuat.az olaraq Emili və onun ailəsini təbrik edirik.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı