"Sabah"da niderlandlı futbolçu

“Sabah” növbəti transferini gerçəkləşdirib.

Metbuatl.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı vinger Jarl Marqarita ilə müqavilə bağlanıb. Gənc futbolçu ilə anlaşmanın müddəti 2027-ci ilin iyun ayına kimidir.

Niderlandın “TOP Oss” klubundan transfer edilən Jarl karyerası ərzində bu ölkənin “Qroningen”, GVAV, “Emmen”, “Almere Siti” və “Hoogeveen” klublarında da çıxış edib. Futbolçunun Niderland və Kurasao vətəndaşlığı var.

Marqarita “Sabah”da 27 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, "Sabah" bu yay Sofian Çakla və Rəhman Daşdəmirovu da heyətinə cəlb edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR