Üsyandan sonra çəkdiyi rəsm gündəm oldu - VİDEO

Rusiya Prezidenti Vladimir Putin “Vaqner”in üsyanından sonra Dağıstana səfər edərək xalqın qarşısına çıxıb.

Metbuat.az xəbər verir ki, Putin burada Strateji Təşəbbüslər Agentliyinin Forumuna qatılıb. Ardınca Putin Qərb məhsullarını əvəz etmək üçün nəzərdə tutulan konseptlərə baxış keçirib. Putin “NexTouch” adlı interaktiv sensor ekranını sınaqdan keçirib. Lövhəni hazırlayan sahibkar Putindən ekranda qeydlərini aparmasını sitəyib. Bu zaman Putin iki əyri düz xətt çəkib. Ardınca o çəkdiyi rəsmə göz, qaş, qulaq, ağız, dodaq, bığ və saç əlavə edib.

Daha sonra Putinin rəsmin altına öz imzasını qoyması diqqətdən yayınmayıb. Sosial media istifadəçiləri Putinin çəkdiyi rəsmi tənqid edib. Bəziləri rəsmin çox pis olduğunu bildirib. Bəzi sosial media istifadəçiləri Putinin rəsmlə hansısa mesaj vermək istədiyini irəli sürüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR