Ərəb Parlamenti İsveç mallarını boykot etməyə çağırdı

Ərəb Parlamenti Qurani-Kərimin yandırılmasına cavab olaraq İslam dünyasını İsveç mallarını boykot etməyə çağırıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ərəb Parlamentinin internet saytında bəyanat dərc edilib. Bəyanatda qeyd edilir ki, İslam dünyası bu məsələdə ciddi mövqe ortaya qoymalı və İsveçə səyahət qadağasını gündəmə gətirməlidir. Bəyanatda müqəddəs kitablara hörmətin vacibliyi vurğulanıb və bildirilib ki, dinlərin təhqir edilməsi bütün beynəlxalq qanunlar və konvensiyalar tərəfindən rədd edilib. “İsveç məhsullarını boykot etmək və onlarla alış-verişin qarşısını almaq, tolerantlıq dini İslama hörmətlə yanaşmaq üçün qərarlar qəbul etmək lazımdır”- açıqlama deyilir.

Qeyd edək ki, Stokholmda İraq əsilli Salvan Momika adlı şəxs məscidin qarşısında polisin mühafizəsi altında Quranı yandırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı