Məşhur futbolçu bir gecədə bir il cavanlaşdı - Yaşı rəsmən azaldı

"Tottenhem"in futbolçusu Heung-min Sonin yaşı rəsmən bir il azalıb.

Metbuat.az xəbər verir ki, buna səbəb Cənubi Koreyanın yaş sistemi ilə bağlı yeni qərarın qəbul edilməsidir. Məlumata görə, Koreya qanunvericiliyində edilən dəyişikliklə yaş sayma üsulları beynəlxalq qaydalara uyğunlaşdırılıb. Əvvəllər yeni doğulan körpələr dünyaya gələn kimi onların bir yaşda olduğu sayılırdı. Yəni uşağın yaşının hesablanmasında doqquz aylıq hamiləlik dövrü də nəzərə alınıb.

Həmçinin hesab olunurdu ki, doğulduğu aydan asılı olmayaraq bütün koreyalılar hər il yanvarın 1-də bir yaş qocalırlar. Amma indi vəziyyət tamamilə dəyişib. Yeni seçilmiş prezident Yoon Suk Yeolun göstərişi ilə qəbul edilən qanun qüvvəyə minib. Buna görə də ölkədə hər kəsin yaşı bir il kiçilib. Bu, məşhur futbolçu Heung-min Sona da aiddir. Buna qədər 31 yaşı olan Cənubi Koreyalı indi 30 yaşında sayılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı