“Titanik”də yazılan məktub rekord qiymətə satıldı - FOTO

Titanik sərnişininin məktubu Uruqvayda keçirilən hərracda 12 min dollara satılıb.

Metbuat.az xəbər verir ki, bu barədə məlumatı “EFE” agentliyi yayıb. Məktubu 11 aprel 1912-ci il tarixində uruqvaylı Ramon Artaqveytia Qomez qardaşına yazıb. O məktubu "Titanik"in Atlantik okeanını keçməzdən əvvəl son dayanacağını etdiyi İrlandiyadan göndərib.

Əlyazma üç səhifədən ibarətdir. Bu məktub yazılandan üç gün sonra Titanik batır və Adolfo Artagaveytia Gomez boğularaq həlak olub. Qeyd edək ki, hərracda məktubu alan şəxsin adı açıqlanmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı