“Twitter”də tvitlərin oxunma sayına məhdudiyyət tətbiq edilib

“Twitter”in rəhbəri İlon Mask bildirib ki, istifadəçilərin gün ərzində oxuya biləcəyi tvitlərin sayına məhdudiyyət qoyulub.

Metbuat.az xəbər verir ki, Mask təsdiqlənmiş hesabların gündə 6000, təsdiqlənməmiş hesabların 600, yeni olan və təsdiqlənməmiş hesabların isə gündə 300 mesaj oxuya biləcəyini açıqlayıb. Bu açıqlamadan bir saat sonra Mask limitin müvafiq olaraq 8000, 800 və 400 tvitə qədər artırıldığını elan edib.

Onun sözlərinə görə, məhdudiyyətlər “məlumatların toplanması və sistemin manipulyasiyasının son dərəcə yüksək səviyyədə olması” səbəbindən tətbiq edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR