İranın xarici işlər nazirinin müavini Azərbaycana gəlir - KİV

İran xarici işlər nazirinin müavini Reza Nəcəfi Azərbaycana gəlir.

Metbuat.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

Qeyd edilib ki, Nəcəfi Qoşulmama Hərəkatına üzv ölkələrin nümayəndələrinin konfransında iştirak edəcək.

Agentlik həmçinin qeyd edib ki, Bakıda keçiriləcək nazirlər konfransında İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan da iştirak edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı