İsveç Qurana qarşı hörmətsizliyi pislədi

İsveçdə Qurana hörmətsizlik dünyada etirazlara səbəb olub.

Metbuat.az xəbər verir ki, etirazlardan sonra İsveçin Xarici İşlər Nazirliyi də məsələ barədə açıqlama verib. Açıqlamada deyilir ki, İsveç hökuməti müsəlmanları təhqir edən İslam dininə qarşı hərəkəti pisləyib. İsveçin Xarici İşlər Nazirliyi hökumətin müsəlmanları narahat edən İslama qarşı davranışları pislədiyini və belə hadisələrin hökumətin mövqeyini əks etdirmədiyini açıqlayıb. Bəyanatda bu cür hadisələrə qarşı nəzarətin gücləndirildiyi, bu cür davranışların təkrarlanmaması üçün tədbirlərin həyata keçirildiyi qeyd edilib.

Qeyd edək ki, Xarici İşlər Nazirliyi bundan əvvəlki açıqlamasında təxribat törədən şəxsin xarici ölkə vətəndaşı olduğunu bəyan etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı