Arda Gülər 5 illik müqaviləyə imza atdı

“Fənərbaxça”nın futbolçusu Arda Gülərin “Barselona” ilə razılığa gəldiyi irəli sürülür.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, “Barselona”nın idman direktoru Deko Türkiyəyə gedərək, birbaşa futbolçunun özü ilə danışıqlar aparıb və tərəflər razılığa gəliblər.

Xarici KİV-lər razılaşmanın detallarını da yayımlayıb. Məlumata görə, “Barselona” Arda Gülərlə 5 illik müqavilə imzalayıb.

Onun transfer məbləği 23 milyon avro olacaq. “Barselona” Ardaya 10 milyon qonorar ödəyəcək.Onun sərbəstqalma məbləği isə 1 milyard avrodur.

Razılaşmaya əsasən, Arda Gülər daha bir il “Fənərbaxça”da oynayandan sonra “Barselona”ya keçəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR