Xəzərdə baş vermiş zəlzələ gəmilərin hərəkətinə necə təsir edib? - AÇIQLAMA

4 iyul saat 00:01 radələrində Xəzər dənizində baş vermiş zəlzələ 5,5 bal gücündə zəlzələ baş verib.

Bəs, zəlzələ Xəzər dənizində hərəkət edən gəmilərin hərəkətinə necə təsir edib?

Metbuat.az xəbər verir ki, məsələ ilə bağlı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) “Trend”in sorğusuna cavab olaraq verilən məlumata görə, gəmilərinin hərəkətində heç bir problem yaranmayıb.

“Gəmilər adi qaydada fəaliyyətlərini davam etdirirlər”, - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, gecə saatlarında Quba, Xaçmaz, Şabran, Siyəzən 6 bala yaxın, Sumqayıt, Abşeron yarımadası və ona yaxın ərazilərdə 4-5 bal, Xəzər dənizində, Azərbaycan sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı