Türkiyə və Misir qarşılıqlı səfirlər təyin etdi

Türkiyə və Misir iki ölkə arasında diplomatik əlaqələri səfirlik səviyyəsinə qaldırıb.

Metbuat.az xəbər verir ki, Türkiyə və Misir qarşılıqlı səfirlər təyin edib. Misir Əmr Elhamami Ankara səfiri təyin edib. Türkiyənin Misirdəki səfirliyinə isə Salih Mutlu Şen gətirilib.

Qeyd edək ki, 10 il əvvəl Misirdə Mursi hökumətinə qarşı hərbi çevrilişə Türkiyənin reaksiyası ikitərəfli münasibətlərin pisləşməsinə səbəb olub. İki ölkə qarşılıqlı olaraq səfirləri geri çağırıb. İndi təyin olunan səfirlər də 10 il əvvəlki səfirlərdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı