"Zəlzələdə vaxt söhbəti yoxdur. O proses anidən baş verir".
Metbuat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli deyib. O bildirib ki, bundan əvvəl səhər saatlarında, müxtəlif saatlarda zəlzələlər baş verib. Zəlzələ sırf gecələr baş verir deyə bir proqnoz yoxdur:
"Şamaxı, Ağsu zəlzələsi səhər olmuşdu. Zəlzələnin baş verməsi ilə bağlı dəqiq vaxt yoxdur".
Qurban Yetirmişli əhaliyə müraciət edərək bir daha bildirib ki, şayiələr sadəcə təşviş yaradır:
"Rəsmi məlumatlara inanın. Heç bir təxribat xarakterli məlumatlara inanmayın. Narahatlığa heç bir əsas yoxdur. Zəlzələ getdi, qayıdacaq. Hara getdi? Hara qayıdacaq?Rahat işinizdə, gücünüzdə, istirahətinizdə olun".
Gülər Seymurqızı