Ukraynanı Krımsız düşünə bilmərik - Zelenski

Ukraynanın son məqsədi Rusiya tərəfindən ilhaq edilmiş Krımı azad etməkdir.

Metbuat.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski belə açıqlama verib. Zelenski CNN-ə müsahibəsində bildirib ki, Ukraynanı Krım olmadan düşünmək olmaz. Onun sözlərinə görə, Ukrayna ölkənin cənub və şərqindəki ərazilərini geri almağa çalışır və son məqsəd 2014-cü ildə Rusiya tərəfindən ilhaq edilmiş Krımı azad etməkdir.

Kiyevin səylərinin Ukraynanın cənub və şərqindəki torpaqların geri alınmasına yönəldiyini vurğulayan Zelenski, "Ukraynanı Krımsız düşünə bilmərik. Krım Rusiyanın işğalı altında olanda bunun bir mənası var: müharibə hələ bitməyib” deyə bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı