Rusiyaya qarşı hibrid müharibə aparırlar - Putin

Xarici qüvvələr Rusiyaya qarşı hibrid müharibə aparır və görünməmiş miqyasda qeyri-qanuni sanksiyalar tətbiq edirlər.

Metbuat.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin belə deyib. O, Şanxay Əməkdaşlıq Təşkilatının Sammitindəki videokonfrans vasitəsilə çıxışında bildirib ki, xarici qüvvələr qonşu ölkə Ukraynada “anti-Rusiya” dövləti yaratmaq layihəsini həyata keçirməyə çalışır.

“Bütün bunlar Rusiyanın təhlükəsizliyini təhlükə altına almaq və inkişafının qarşısını almaq üçün edilir. Rusiyaya qarşı hibrid müharibə aparılır. Rusiyaya qarşı görünməmiş miqyasda qeyri-qanuni sanksiyalar tətbiq edilir. Rusiya xarici təzyiqlərə, sanksiyalara və təxribatlara inamla müqavimət göstərir və müqavimət göstərəcək” - Putin deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı