Hakan Fidan Azərbaycana səfərə gəlib

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfərə gəlib.

Metbuat.az xəbər verir ki, o, Qoşulmama Hərəkatının Koordinasiya Şurasının Nazirlər toplantısında iştirak edir.

H.Fidan həmçinin toplantı çərçivəsində keçiriləcək Qoşulmama Hərəkatının Fələstin Nazirlər Komitəsinin iclasına və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə keçiriləcək tədbirə qatılacaq.

Qeyd edək ki, H.Fidan bu il iyunun 5-də Türkiyənin xarici işlər naziri təyin olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR