Arda əslində hansı kluba razılıq verib?

"Fənərbaxça"nın gənc ulduzu Arda Gülerin "Barselona"ya yaxın olduğu iddia edilsə də, "Real Madrid"in həmləsi vəziyyəti dəyişib.

Metbuat.az xəbər verir ki, “Sport”da yer alan xəbərdə Ardanın "Barselona"nın yeni idman direktoru Deko ilə görüşdüyü və "Barselona"nın icarə əsasında bir il daha “Fənərbaxça”da qalması tələbini qəbul etdiyi bildirilir. “Marca” qəzeti isə yazır ki, “Real Madrid” Ardanı və ailəsini razı salmağa çox yaxındır. "The Athletic"də yer alan xəbərə görə, “Real Madrid” Ardanın müqaviləsində sərbəst qalma məbləğinə bəzi əlavə ödənişlər edəcək və gənc oyunçu rəsmi olaraq sərbəst azad agent olacaq. İmzadan sonra Arda Güler “Real Madrid”in yeni mövsüm hazırlıqlarına daxil ediləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı