Bu il 200 nəfərə elmi dərəcə verilməsindən imtina edildi

Bu ilin I yarısında 200 nəfərə elmi dərəcə verilməsindən imtina edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Prezident yanında Ali Attestasiya Komissiyasından bildirilib.

Həmin müddətdə 319 nəfərə fəlsəfə doktoru, 65 nəfərə elmlər doktoru dərəcəsi verilib. Fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 177 nəfərə, elmlər doktoru dərəcəsi almaq istəyən 23 nəfərə isə imtina cavabı gəlib.

Bundan başqa, bu ilin 6 ayında 102 nəfərə dosent, 26 nəfərə professor elmi adı verilib. Dosent elmi adı almaq istəyən 31 nəfərə, professor elmi adı almaq istəyən 7 nəfərə isə imtina verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı