Bakıdakı "Xruşşovka"lar zəlzələyə davamlıdır? - AÇIQLAMA

Məlum olduğu kimi, iyulun 4-də Xəzər dənizinin Azərbaycan sahillərində zəlzələ baş verib. Zəlzələ Quba, Xaçmaz, Şabran, Siyəzəndə 6 bala yaxın, Sumqayıt, Abşeron yarımadası və ona yaxın ərazilərdə 5-4 bala qədər hiss olunub. Təkanların maqnitudası 5,5, dərinliyi isə 65 km olub. Dağıntı və tələfat olmayıb.

Təəssüf ki, binaların, xüsusilə "xruşşovka" adlandırılan beşmərtəbəli tikililərin zəlzələyə nə qədər davamlı olması hələ də sual altındadır.

Metbuat.az-a danışan tikinti eksperti Elnur Azadov qeyd etdi ki, yeni tikilən binalarda bu kimi təhlükə olmasa da, köhnə tikililərlə bağlı problemlər var:

slində, yeni tikilmiş binalarda bu kimi problem yoxdur. Ona görə ki, bu binalar 2006-ci ildən sonra Fövqəladə Hallar NazirliyiTikintiyə Nəzarət Agentliyi tərəfindən ciddi nəzarət altında inşa olunur dövlət tərəfindən istismara qəbul edilir. İstisna hal altmışa yaxın binadadır ki, onların həlli istismara qəbul olunmayıb binada yaşayış var.

Köhnə yaşayış fonduna gəlincə, 70-ci illərdən öncə inşa olunmuş yaşayış yerlərinin artıq istismar müddəti bitib. Ona görə ki, onlar orta hesabla 40, bəzi hallarda 50 ilə kimi istismarı nəzərə tutulub".


Ekspert: “Yeni tikilmiş binalarda komendant özbaşınalıqları baş alıb gedir”  - 30.07.2019, Sputnik Azərbaycan

Elnur Azadov

Ekspertin sözlərinə görə, həmin binaların bu gün dərəcədə təhlükəli olub-olmaması ilə bağlı hər hansı bir komissiya olmadan ümumi bir rəy vermək olmaz:

"Yalnız birinci mikrorayonda Fövqəladə Hallar Nazirliyi təhlil aparıb. Orada 1700-dən çox sakini olan 40-a yaxın bina var. Həmin binalara FHN-nin müvafiq sınağından yoxlamalarından sonra rəy verildi Nazirlər Kabinetinin 83 saylı qərarı ilə birinci mikrorayonda olan beşmərtəbəli binalar yaşayış üçün artıq qismən təhlükəli, az yararlı yaxud yararsız hesab edilir.

Bundan başqa ölkədə bu kimi beşmərtəbəli binalarla bağlı rəsmi qəti rəy yoxdur. İstisna hallar bəlkə ola bilər ki, bəzi binalar xüsusi qeydiyyata alınıb. Hələ demək olar ki, şəhərdə, rayonda tam qəzalı ya qismən qəzalı, çoxmənzilli binalar var o binalarda yaşamaq təhlükəsiz sayılmır".

Hazırda Bakıda istismar müddəti bitən, sökülən "xruşşovka"ların statistikası ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə sorğu ünvanladıq. Sorğumuza cavab olaraq bildirildi ki, hazırda rəqəmlər dəqiqləşdirilir:

"Bu barədə işlər yekunlaşmaq üzrədir. Yaxın vaxtlarda mətbuata açıqlama veriləcək".

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR