“Qalatasaray”ın istədiyi Di Mariya gözlənilməz seçim etdi

“Yuventus”un futbolçusu Anxel Di Mariya “Benfika” klubuna transfer olub.

Metbuat.az xəbər verir ki, bu barədə İtalyan insayder Fabritsio Romano məlumat verib. O bildirib ki, “Yuventus futbolçunu klubda saxlamaq istəsə də, o “Benfika”nı seçib. Məlumata görə Di Mariya “Benfika” ilə bir illik müqavilə imzalayıb.

Qeyd edək ki, Anxel Di Mariya ötən mövsüm Turin klubunun heyətində 40 oyun keçirib, səkkiz qol və yeddi məhsuldar ötürmə ilə yadda qalıb. “Qalatasaray” klubu da Anxel Di Mariyanı transfer etmək üçün hərəkətə keçmişdi.

Xatırladaq ki, Di Mariya 2007-2010-cu illərdə “Benfika”nın uğurları üçün çalışıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı