"Real"ın Arda üçün ödədiyi İNANILMAZ MƏBLƏĞ

“Fənərbaxça”nın futbolçusu Arda Gülərin “Real Madrid”ə transferi ilə bağlı yeni detallar üzə çıxıb.

Metbuta.az “A Spor”a istinadən xəbər verir ki, “Real” Arda üçün 20 milyon avro ödəyəcək. Bundan əlavə, müqavilədə 10 milyonluq bonusların ödəniləcəyinə dair bənd də yer alıb. Həmçinin “Fənərbaxça” Arda Gülərin sonrakı satışından 20 faiz pay alacaq. İddialara görə, Arda Gülər “Real Madrid”lə müqavilə imzalamaq üçün İspaniyaya gedib.

Qeyd edək ki, Arda Gülərin “Fənərbaxça” ilə müqaviləsində onun sərbəstqalma məbləği 17,5 milyon avro idi. Arda Gülər geridə qoyduğumuz mövsümdə 35 oyun keçirib. O, 6 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Ümumilikdə 30 milyon avro Türkiyədən xarici kluba transfer olan türk futbolçu üçün rekord məbləğ hesab edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR