Madridin "Real" klubu PSJ-nin hücumçusu Kilian Mbappenin transferi ilə bağlı danışıqları dayandırıb.
Metbuat.az bildirir ki, bununla bağlı "Marca" nəşri yazıb. Bildirilib ki, Madridlilər fransız ulduz üçün 400 milyon avro xərcləmək niyyətində deyillər.
Eyni zamanda məlumatda bildirilir ki, klubun lider oyunçuları da Mbappenin Madridə transfer olmasının futbolçular arasında problemlərə səbəb olacağını düşünürlər.
Qeyd edək ki, Mbappenin Paris təmsilçisi ilə 2024-cü ilə qədər müqaviləsi var.