Gimnastika yığmamızdan bir gündə 2 medal

Rumıniyanın Kluj-Napoka şəhərində bədii gimnastika üzrə gənclər arasında keçirilən 2-ci dünya çempionatında Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət qrup hərəkətləri üzrə yığma komandamızın üzvləri bu gün iki medal qazanıblar.

Metbuat.az xəbər verir ki, komandamızın üzvləri 5 topla və 5 iplə hərəkətlərin icrasında bürünc medala layiq görülüblər.

Xatırladaq ki, qrup komandamız dünən çoxnövçülük proqramında bürünc medal qazanmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR