Uşağın dünyaya gəlməsi münasibətlərə mənfi təsir göstərir - ARAŞDIRMA

Uşaqların dünyaya gəlməsi ailələrdə sevinclə qarşılansa da, ən möhkəm münasibətlərdə belə problemlərə yol aça bilir.

Metbuat.az bildirir ki, münasibətlərin əksəriyyəti uşaq sahibi olduqdan sonra dəyişir.

İsveçrənin Bern Universitetinin 2021-ci ildə apardığı bir araşdırmaya görə, valideyn olub-olmamalarından asılı olmayaraq, cütlüklərin münasibətlərdən məmnunluq səviyyəsi ilk 10 ildə azalır və əsasən dalğalı formada davam edir. Lakin uşağı olan cütlüklərin məmnunluq səviyyəsi uşağı olmayanlardan daha aşağı olur.

Ailədə uşaq sayı artdıqca, münasibətdən məmnunluq səviyyəsi də azalır. Xüsusən dünyaya yeni uşaq gətirən qadınlarda bu özünü göstərir. Uşağı olan qadınların 38 faizi münasibətlərindən məmnun olduğunu bildirdiyi halda, uşağı olmayanlarda bu rəqəm 62 faizə çıxır.

Valideynliyin münasibətləri çətinləşdirməsi əslində təəccüblü deyil. Çünki cütlüklər üçün önəmli olan ünsiyyət, yaxınlıq və birlikdə keçirilən zaman kimi faktorlar uşağın gəlişindən sonra mənfi təsirə məruz qalır.

Bütün bunlara yuxusuzluq və maddi çətinliklər kimi stress mənbəyləri əlavə olunur və münasibətlərdə gərginlik səviyyəsi artır.

Buna bamayaraq, birçox cütlük münasibətlərinin uşaq olandan sonra bu cür "axsamasını" gözləmir. Buna səbəb odur ki, doğum öncəsi təlimlərdə, sosial mediada və qohumlar arasında bu mövzuda çox az danışılır.

ABŞ, Kaliforniyada ailə terapevti olan Steys Şerril isə qeyd edir ki, valideyn olmaq münasibətlərdəki çatışmaların tək səbəbi deyil, sadəcə cütlüklərin uşaq olmamışdan əvvəl zəif ünsiyyət kimi mövzulara diqqət ayırmağa daha çox zamanları olur. Şerrilə görə, uşaq olduqdan sonra "bir az narahat edici" olan davranışlar da böyük problemlərə yol açır. Məsələn, valideynlərdən biri video oyunlar oynamağı sevirsə, bu, uşaq olandan sonra digərinin tək başına valideynlik etmək məcburiyyətində qalması demək olur.

Eyni zamanda, uşaq olması təkcə zəif münasibətlərə yox, sağlam münasibətlərə də təsir edir. Tək uşaqlı ailələrdə validynlərin davamlı olaraq uşağa baxma məcburiyyətləri onlarda bezginlik hissi yarada bilir.

Uşağın dünyaya gəlməsi eyni zamanda valideynlərdə şəxsiyyət dəyişikliyinə səbəb olur və insanlar bu prosesə hazırlıqsız yaxalanırlar. Qadınlar üçün analığa keçid olaraq adlandırılan bu müddətlə bağlı daha çox şey bilinir. Davranışları dəyişən hormonal dəyişikliklərdən tutmuş bədən formasına qədər bir çox təsirlər hamiləliklə başlayır. Həmçinin bu dönəmdə psixoloji problemlər də çətinlik yaradır. Məsələn, doğum sonrası depressiya təxminən 4 anadan və 10 atadan birinə təsir göstərir.

Digər tərəfdən, səhhətində problem olaraq dünyaya gələn uşaqların valideynlərində qayğı səviyyəsi daha da artır.

Bütün bu problemlər bir neçə il ərzində düzəlsə də, bəzi valideynlər təksə seks həyatlarının deyil, qucaqlaşma və toxunuş kimi sevgi əlaməti olan davranışlarının da əvvəlki kimi olmadıqlarını söyləyirlər. Buna səbəb kimi bəzi qadınlarda "özgüvənli fərd" kimliyinin "qayğıkeş ana" kimliyinin kölgəsində qalması da göstərilir.

Mənbə: BBC


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR