Yay mövsümü başlayandan günvuran şəxslərin sayı açıqlanıb.

Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 23 nəfər müraciət edib. Onlardan 9 nəfəri hospitalizasiya edilib, 14 nəfərə yerində yardım göstərilib.

Müraciət edənlərdən 17-si kişi, 6-sı qadın olub.

Gülər Seymurqızı