Prokurorluq orqanlarına işə qəbul elan edildi

Azərbaycan Respublikasının Baş Prokurorluğunda vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün ümumi müsahibə elan edilir.

Baş Prokurorluğun mətbuat xidmətindən Metbuat.az-a verilən xəbərə görə, müsahibədə iştirak etmək istəyən namizədlər 08 avqust 2023-cü il saat 18:00-dək Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

    Müsahibəyə təqdim edilmiş vakant vəzifə barədə buradan https://exidmet.dim.gov.az/dqq/Elan/UmMshMshElanLi... məlumat əldə edə bilərsiniz.

    Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir.

    Müsahibə ilə bağlı ətraflı məlumatı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsindən (www.dim.gov.az) əldə edə bilərsiniz.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR