"Real" Ardanı belə razı salıb - Transferin pərdəarxası

Arda Gülerin “Real Madrid”ə transferi ilə bağlı yeni detallar üzə çıxıb.

Metbuat.az “Goal.com”a istinadən xəbər verir ki, transfer məlum olandan daha baha qiymətə reallaşıb. Məlumata görə, “Real Madrid” Arda Gülərin atası Ümit Gülerə 15 milyon avro ödəyib. Klub Ardanın özünə isə 8 milyon avro ödəyib.

Qeyd edək ki, Arda Gülerin sərbəstqalma məbləği 17,5 milyon avro olub. Lakin Arda “Fənərbaxça” klubuna daha çox pul qazandırmaq üçün “Real”ın prezidenti Florentino Pereslə danışıb. Buna görə də, “Real” “Fənərbaxça”ya Ardanın transferi üçün 30 milyon avro ödəməyə razılıq verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR