​"Qalatasaray" PSJ-nin ulduzu üçün kisənin ağzını açdı

"Qalatasaray" Mauro İkardinin ardından Leandro Paredesi də transfer etmək üçün PSJ ilə anlaşıb.

Metbuat.az xəbər verir ki, PSJ "Qalatasaray"ın 6 milyonluq təklifini qəbul edib. “L'equipe”in məlumatına görə, "Qalatasaray" argentinalı ulduza 3 illik müqavilə təklif edib. 29 yaşlı futbolçu hələlik qərarını verməyib. Bununla belə, Leandro Paredesin "Qalatasaray"ın təklifini qəbul edəcəyi bildirilir. Buna səbəb onun həmyerlisi Mauro İkardinin "Qalatasaray" keçməyə razılıq verməsidir.

Qeyd edək ki, "Qalatasaray" Mauro İkardi transferi üçün PSJ ilə 10 milyon avro qarşılığında razılıq əldə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı