Mərkəzi Bank 200-ə yaxın sığorta agentinin lisenziyasını dondurdu

Mərkəzi Bank (AMB) 8 fiziki şəxsə verdiyi sığorta brokeri, 155 fiziki və 21 hüquqi şəxsə isə verdiyi sığorta agenti lisenziyalarının qüvvəsini 3 ay müddətinə dayandırıb.

Metbuat.az xəbər verir ki, bu barədə AMB-dən bildirilib. Qeyd edilib ki, bu qərar iyulun 6-da “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Lisenziyaların qüvvəsi rüblük hesabatın vaxtında təqdim edilməməsinə görə dayandırılıb.

Xatırladaq ki, “Sığorta fəaliyyəti haqqında” qanuna əsasən sığorta vasitəçiləri müvafiq sığorta vasitəçiliyi fəaliyyəti ilə bağlı rüblük hesabatı rüb başa çatdıqdan sonra 20 gün müddətində Mərkəzi Banka təqdim etməlidirlər. Qanunun tələbinə riayət etmədikdə Mərkəzi Bank onun lisenziyasının qüvvəsini 6 ayadək müddətə dayandıra bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı