Cəbrayıl, Qubadlı və Zəngilan rayonları ilə bağlı tanıtım çarxı hazırlanıb.
Metbuat.az xəbər verir ki, çarxı Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəliyi hazırlayıb.
Videoçarxda işğaldan azad olunmuş bu rayonların füsunkar təbiəti, mənzərəli dağ-meşə landşaftı, habelə yenidənqurma işləri yer alıb.
Bu bölgəmiz həm də ölkəmiz üçün əhəmiyyətli olan Zəngəzur dəhlizinin əsas halqasını təşkil edir.
Metbuat.az tanıtım çarxını təqdim edir: