NATO Ukraynanın üzv olması üçün tələblərini dəyişdi - Stoltenberq

“Müttəfiqlər razılaşdıqda və şərtlər yerinə yetirildikdə, Ukraynaya NATO-ya üzv olmaq üçün dəvət göndərəcəyimizi açıq şəkildə bildirdik”.

Metbuat.az xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq belə açıqlama verib. Stoltenberq Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO Sammitinin ilk gününün yekunları ilə bağlı mətbuat konfransı keçirib. O bildirib ki, mütəffiq ölkələr Ukraynaya ciddi hərbi dəstək paketinin razılaşdırıb. Həmçinin Ukraynanın NATO-ya üzv olması üçün proses asanlaşdırılıb. Yens Stoltenberqin sözlərinə görə, Üzvlük Fəaliyyət Planı ləğv edilib və bununla da üzvlük prosesi iki mərhələdən tək mərhələyə enib.

Stoltenberq Ukraynanın əməl etməli olduğu məsələlər barədə belə deyib:

"Birincisi, Ukraynanın müdafiə və təhlükəsizlik tərəflərini nə qədər modernləşdirə biləcəkləri, idarəetməni, o cümlədən korrupsiyaya qarşı mübarizəni necə gücləndirəcəkləridir. Bunlar NATO-nun genişlənməsində nəzərə alınan məsələlərdir. Çünki biz yaxşı idarəçilik və güclü dövlət istəyirik. Biz həmçinin NATO ilə işləyə bilən silahlı qüvvələr istəyirik. Digər məsələ isə Ukraynada davam edən müharibədir. Ukrayna əsgərləri bütün dünyanı heyran edən şücaət göstərdilər. Lakin bütün müttəfiqlər müharibə davam edərkən Ukraynanı tamhüquqlu üzv qəbul etməməyə razılaşıblar”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı