“Barselona” Ardanın transferindən buna görə imtina edib

"Arda Gülər ilə anlaşmamız var idi və onun üçün "Fənərbaxça"ya 17,5 milyon avro ödəməyə hazır idik. Amma sonra "Real Madrid" işə qarışdı və Arda üçün daha çox pul ödədilər”.

Metbuat.az xəbər verir ki, "Barselona" prezidenti Joan Laporta belə açıqlama verib. O bildirib ki, “Barselona”nın məbləğ yarışına girməsi uyğun olmazdı.

“Başqa yaxşı oyunçularımız da var. Məbləğə görə, Arda Gülərin transferindən imtina etdik. Bizim tərəfimizdən səhv olacağını düşündük” - Joan Laporta deyib.

Qeyd edək ki, Arda Güler 20+10 milyon avro bonus qarşılığında “Real Madrid”ə transfer olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı