Azərbaycan iqtisadiyyatı cüzi böyüyüb - RƏSMİ

Bu ilin I yarısında Azərbaycanda fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar 60,3 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 % çox ümumi daxili məhsul (ÜDM) istehsal edib.

Metbuat.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu dövrdə iqtisadiyyatın neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 2,1 % azalıb, qeyri neft-qaz sektorunda isə 3,1 % artıb.

Əlavə dəyərin 43,7 %-i sənaye, 9,2 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,9 %-i nəqliyyat və anbar təsərrüfatı, 5,6 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 4,7 %-i tikinti, 2,3 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 %-i informasiya və rabitə sahələrində, 17,7 %-i isə digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər ÜDM-in 9,3 %-ni təşkil edib.

İl ərzində ölkədə adambaşına düşən ÜDM-in dəyəri 0,1 % azalaraq 5 947 manat olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı