Sabahın havası açıqlandı

İyulun 14-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında yağmursuz hava olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz 28-33° isti olacaq.

    Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütununda 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-50 % olacaq.

    Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti, dağlarda gecə 11-16° isti, gündüz 16-21° isti olacaq.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR