Ceyhun Bayramov Azərbaycanın siyasi prioritetlərini ELAN ETDİ

Ermənistan bu günə qədər Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 min vətəndaşımız barədə məlumatı bölüşməyib.

Metbuat.az "Trend"ə istinadən xəbər verir ki, bunu Xarici işlər naziri Ceyhun Bayramov "Ağdamın dirçəlişi" adlı tədbirdə çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, yalnız torpaqlarımız işğaldan azad edildikdən sonra kütləvi məzarlıqların tapılması bir daha cinayətlərin təsdiqidir.

"Bununla paralel olaraq qarşımızda duran siyasət prioritetlərimiz siyahısında dinamik inkişaf edən dünyada, kifayət qədər mürəkkəb benəlxalq konyektura zamanında ölkəmiz üçün gələcəkdə potensial ola biləcək riskləri və təhdidləri görmək onların qarşısını almaq və qabaqlamaqdır. Ölkəmizi və xalqımızı təhdidlərdən qorumaqdır. Bu qarşımızda duran ən mühüm və ümdə məsələdir", -deyə nazir qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı