Dəmir yolu ilə sərnişin daşımaları bu il 52% artıb

Dəmir yolu nəqliyyatı ilə Azərbaycanda 2023-cü ilin yanvar-iyun aylarında 9,2 mln. ton yük və 3 239,1 min sərnişin daşınıb.

Metbuat.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2022-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 6,8%, sərnişin daşınmasında isə 52,2% artım müşahidə olunub.

“Hesabat dövründə orta hesabla sutkada 421 vaqon yüklənilib, 415 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 21,3 min ton, Qərb istiqaməti üzrə 2,8 min ton, Cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilib”, - məlumatda qeyd olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı