Şəhid anası vəfat etdi - FOTO

Ötən ilin sentyabr ayında Kəlbəcər istiqamətində baş vermiş döyüşlər zamanı şəhid olmuş 20 yaşlı İsa Kəlbiyevin anası Nəfisə Kəlbiyeva dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, şəhidin anası Nəfisə Kəlbiyeva yaşadığı Cəlilabad rayonu, Göytəpə şəhərində vəfat edib.

Qeyd edək ki, Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan İsa Kəlbiyev 13 sentyabr 2022-ci ildə şəhid olub. O, ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.

Bir 2 nəfər şəkili ola bilər


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR