İkardi "Qalatasaray"a görə sərvəti rədd etdi

Mauro İkardi "Qalatasaray"da qalmaq üçün böyük fədakarlıqlar edib.

Metbuat.az Türkiyənin “Sabah” qəzetinə istinadən xəbər verir ki, "Əl Hilal" və "Əl Şabab" futbolçuya illik 20 milyon avroluq təklif göndərib. Məlumata görə, hər iki klub argentinalı hücumçuya illik 20 milyon avro qarşılığında 3 illik müqavilə təklif edib. Lakin İkardi təklifi rədd edib. İddia edilir ki, ulduz futbolçunun meneceri və həyat yoldaşı Vanda Nara Səudiyyə Ərəbistanına getmək istəmədiyi üçün ərəb klublarından illik 45 milyon avro məvacib tələb edərək, danışıqlardan imtina edib.

Qeyd edək ki, İkardi "Qalatasaray"la 10 milyon avroya anlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı