“Qəbələ”nin Kipr klubu ilə oyunlarının hakimləri bəlli olub

“Qəbələ” və Kiprin “Omoniya” komandaları arasında oynanılacaq UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin matçları üçün təyinatlar bəlli olub.

Metbuat.az xəbər verir ki, iyulun 27-dəki ilk qarşılaşma Rumıniyadan olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Andrey Çivuleteyə laynsmanlar qismində Sebastyan George və Daniel Mitruti yardımçı olacaq. Dördüncü hakim funksiyasını Horatiu Fesnic yerinə yetirəcək.

Avqustun 3-də baş tutacaq səfərdəki görüşü İsveçdən olan Adam Ladebek idarə edəcək. Ona yan xətt hakimləri Markus Lundqren Klitte və Daniel İng köməklik göstərəcək. Dördüncü hakim isə Yoakim Estlinq olacaq.

Qeyd edək ki, ilk matç saat 20:00-da, cavab qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı