Adrian Mutu "Neftçi"də ilk transferini gerçəkləşdirdi

"Neftçi"nin yeni baş məşqçisi Adrian Mutu ilk transferini gerçəkləşdirib.

Metbuat.az "prosport.ro" saytına istinadən xəbər verir ki, paytaxt klubu rumıniyalı mütəxəssisin istəyilə ÇFR-dən Yuri Matiası heyətinə qatıb.

İddiaya görə, "ağ-qaralar" bu keçid üçün qarşı tərəfə 400 000 avro təzminat ödəyib.

Rumıniya klubunun prezidenti Nelu Varqa da 28 yaşlı müdafiəçini satdıqlarını təsdiqləyib. Amma o, təcrübəli oyunçunun hansı komandaya keçdiyini açıqlamayıb.

Qeyd edək ki, "Neftçi" Adrian Mutu ilə 2 illik müqavilə imzalayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR