İstanbul nəhəngi transferdə dayanmır: 3 futbolçu da gəlir

Türkiyənin "Fənərbağça" klubu ardıcıl transferlərdən sonra daha 3 futbolçu ilə anlaşma mərhələsindədir.

Metbuat.az bildirir ki, bu barədə "NTV Spor" məlumat yayıb.

Bildirilir ki, qapıçı Dominik Livakovic transferində "Dinamo Zaqreb" ilə aparılan danışıqlar müsbət yekunlaşıb. Xorvatiya təmsilçisi bu transfer üçün 10 milyon avro istəsə də, sonda 8 milyon avroluq müqavilə razılaşdırılıb. Müqavilədə bonus maddələri də yer alır.

İtaliyanın "Udineze" klubundan Becao transferi də 9 milyon avroya yekunlaşmaq üzrədir. 3 milyon civarında isə bonusların olacağı bildirilir.

Mərt Müldürün təmsilçisi Maks Haqmayr bir neçə gündür "Fənərbağça" ilə danışıqlar aparır. Böyük ölçüdə razılıq əldə edilib.

Qeyd edək ki, İstanbul nəhəngi artıq Ryan Kent, Edin Dzeko, Alexander Djiku, Sebastian Szymanski və Umut Nayir transferlərini rəsmən açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı