“Vest Hem”in kapitanı Deklan Rays 122 milyon avroya Londonun “Arsenal” klubuna keçib.
Metbuat.az xəbər verir ki, kapitanın keçidi artıq baş tutub. Futbolçu özü də sosial şəbəkədə bu barədə paylaşım edib:
"İnanılmaz bir 10 ilin sona çatdığına inanmıram. “Vest Hem” həm meydanda, həm də meydandan kənar həyatımın böyük bir hissəsi olub. Vidalaşmaq heç vaxt asan deyil. Bu komandada, o cümlədən Praqadakı gecədə inanılmaz emosiyalar yaşadım. Həm də “Vest Hem”də mən bir insan, oyunçu və kapitan kimi böyüdüm. Komanda kapitanı olduğum ilk andan qürurdan başqa heç nə hiss etmədim".