Messinin transferini rəsmən açıqladılar

ABŞ-nin "İnter Mayami" klubu argentinalı ulduz Lionel Messinin transferini rəsmi olaraq açıqlayıb.

Metbuat.az xəbər verir ki, klubun rəsmi sosial media hesablarında Messinin videosu paylaşılıb.

Leo yeni klubunda 10 nömrəli formanı geyinəcək.

Xatırladaq ki, Messi bu yay PSJ-dən ayrılıb və azad agent kimi MLS təmsilçisinə keçib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR