Gözlənilmədən klubdan ayrılır

"Mançester Siti" klubunun futbolçusu Riyad Mahrez Səudiyyə Ərəbistanı klubu ilə razılığa gəlib.

Metbuat.az xəbər verir ki, bu barədə məşhur insayder Nikolo Skira məlumat verib. O bildirib ki, 32 yaşlı yarımmüdafiəçi "Əl-Əhli" ilə anlaşıb. Məlumata görə, Riyad Mahrez "Əl-Əhli" ilə 3 illik razılığa gəlib. Onun yeni klubundakı illik məvacibi 30 milyon avro olacaq.

Qeyd edək ki, Riyad Mahrez 2018-ci ildən "Mançester Siti"də çıxış edir. O ümumilikdə klubda 145 oyun keçirib, 43 qol vurub. Futbolçu ötən mövsüm "Mançester Siti"nin heyətində 47 oyuna çıxıb, 15 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Riyad Mahrez mövsümün son oyunlarında "Mançester Siti"də əsas heyətə düşməkdə çətinlik çəkirdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı